Qubanın bəzi kəndlərində qaz təminatında fasilə yaranıb. Bu barədə 18 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Sakinlərin sözlərinə görə, Alekseyevka, Timiryazev, Nərimanabad kəndləri və ətraf ərazilərdə saat 10:00 radələrindən başlayaraq mavi yanacaq kəsilib.
Əldə etdiyimiz məlumata görə, yeni xətlərin qoşulması üçün qazın verilməsi müvəqqəti dayandırılıb. Axşam saatlarında təminat bərpa ediləcəyi gözlənilir.