Quba şəhidini dəfn etməyə hazırlaşır. Bu barədə 18 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Əldə etdiyimiz məlumata görə, şəhid gizir Orxan Cabbarovun nəşi saat 10:00-da Qubanın girişinə (Diagnostika Mərkəzinə yaxın) gətiriləcək. Buradan doğma Davidoba kəndinə aparılacaq.

Daha sonra Şəhidlər Xiyabanında saat 12:00-da dəfn mərasimi baş tutacaq. Hazırda burada hazırlıq işləri aparılır. Ərazi mühafizə olunur, polis əməkdaşları kənar şəxsləri yaxın buraxmırlar.