Onlar piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradıblar
Qubada avtoxuliqanlıq edən iki şəxs saxlanılıb. Bu barədə ShimalNews 18 noyabr tarixində Azərtac-a istinadən məlumat verir.
Rayon ərazisində yol hərəkəti qaydalarını pozan, həmçinin piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan rayon sakinləri – Nurlan Saruxanov və İbrahim Miridov polis tərəfindən saxlanılıblar. Onlar özlərinə məxsus “VAZ-2107” və “VAZ-2106” markalı avtomobillərlə avtoxuliqanlıq hərəkətləri ediblər.
Polis əməkdaşları tərəfindən protokol tərtib olunaraq məhkəməyə göndərilib. Qərara əsasən, hər iki şəxs 15 gün müddətində inzibati qaydada həbs olunublar.