Şəhid gizir Orxan Cabbarovun nəşi Davidoba kəndinə gətirilib və hazırda torpağa tapşırılmaq üçün Qubanın şəhidlər xiyabanına aparılır. Bu barədə 18 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Gizir Cabbarovun ailəsi onunla vidalaşaraq son mənzilə yola salıb. Kənd sakinləri və bütün Quba şəhidin yaxınlarına baş sağlığı vermək üçün yığışıblar.

Mərasimindən sonra, dəfn Şəhidlər Xiyabanında baş tutacaq.