Şəhid gizir Orxan Cabbarovun nəşi Qubanın girişinə (Diagnostika Mərkəzinə yaxın) gətirilib. Bu barədə 18 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Nəşi qarşılamaq üçün bura insan axını davam edir. Sakinlər və hərbiçilər bayraqları səmaya qaldırıblar. Polis əməkdaşları təhlükəsizliyi təmin etmək üçün əraziyə cəlb olunub.

Hazırda aidiyyatı qurumların müşayiəti ilə şəhidin nəşi Davidoba kəndinə aparılır.

Davidoba kəndində vida mərasimindən sonra, dəfn Şəhidlər Xiyabanında saat 12:00-da baş tutacaq.