Qubalı şəhid gizir Orxan Cabbarov torpağa tapşırılıb. Bu barədə 18 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Şəhidlər xiyabanında dəfn mərasimi keçirilib. Qəhrəman igidimizlə vida mərasiminə Quba sakinləri, hərbiçilər və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində dövlət sərhədində döyüş əməliyyatları baş vermişdir. Nəticədə gizir Orxan Cabbarov Kəlbəcər istiqamətində gedən savaşda şəhid olub.

Daha öncə, baş verən döyüş əməliyyatları zamanı gizir Cabbarov və 6 hərbi qulluqçumuzun şəhid olması barədə məlumat vermişdik.

Başın sağ olsun Quba.

Photo Shimal.News
Photo Shimal.News