Həkim Mirzəxanov 1911-ci ildə Quba rayonunun Digah kəndində anadan olub. O, orta təhsilini Quba rayonunda gimnaziyada alıb.
Mirzəxanov 1938-1941-ci illərdə Qusar Rayon Partiya Komitəsinin birinci katibi işləmişdir. O, Samur-Dəvəçi kanalının (hazırda Samur-Abşeron kanalının tərkibindədir) qazılmasına rəhbərlik etmişdir. Kanal işə düşdükdən sonra isə, “Lenin” ordeni ilə yanaşı SSRİ-nin ən yüksək pul mükafatına layiq görülmüşdür. Həmin pulla kanalın tikintisində çalışan min kasıba paltar almışdı.
1941-ci ilin yanvarında Həkim Mirzəxanov Moskva Ali Partiya məktəbində təhsil almağa göndərilir. 1942-ci ilin dekabrında Mozdok (Şimali Osetiya, Rusiya) uğrunda gedən döyüşlərdə Mirzəxanov əsir düşür. O əvvəlcə Polşaya, oradan da Fransaya göndərilir. Fransanın Rodez şəhərində hərbi düşərgədə əsirlikdə olarkən, Mirzəxanov faşistlərlə mübarizə aparmaq üçün gizli təşkilat yaratmışdı. Burada o, partizanlar və fransız general Şarl de Qollun silahlı dəstələri ilə əlaqə yaratmışdı.
Onun sayəsində Azərbaycan SSR-in keçici “Qırmızı Bayrağı” (göstərilən xüsusi fədakarlıq və cəsarətə görə mükafatlandırma üçün verilən orden) ilk dəfə Qusar rayonuna verilmişdir.
1944-cü ilin avqustuna kimi Həkim Mirzəxanov 150 sovet əsgər və zabitinə alman hərbi düşərgələrindən qaçmağa köməklik etmişdir. Həmin ilin avqustun axırında o, 300-dək əsgərin əsirlikdən qaçması üçün plan hazırlamışdı. Lakin faşistlər bundan xəbər tutub təşkilatın Mirzəxanovu öldürümüşdülər.
Qusar şəhərinin küçələrinin birinə Həkim Mirzəxanovun adı verilmişdir.
Mənbələr:
- Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.
- http://samurpress.net/story.php?sid=352
- https://www.youtube.com/watch?v=YWIx8XhYTVM