Xudat şəhərində internetin verilməsində fasilə yaranıb. Bu barədə 17 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Bu hal dünən saat 18:00 radələrindən bu gün saat 09:40 radələrinə qədər davam edib. Şəhərin Azər Oğlanov, Molla Pənah Vaqif və digər küçələrində ümumi 30-dan artıq ev internetsiz qalıb. Ehtimal olunur ki, güclü küləyin təsirindən naqillər qırılmışdır.