Xaçmazda pestisid və gübrələrin satışı ilə məşğul olan ticarət obyektlərində monitorinqlər keçirilib. Bu barədə 17 noyabr tarixində ShimalNews Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi səhifəsinə istinadən məlumat verir.

Reyq AQTA-nin fitosanitar müfəttişləri tərəfindən aparılıb. Yoxlama zamanı məhsulların daşınması, istifadəyə yararlılıq müddəti, qadağan olunmuş dərman preparatlarının satışının həyata keçirilməsi, satış obyektlərində kimyəvi preparatların saxlanması zamanı texniki təhlükəsizlik qaydalarına əməl olunması araşdırılıb.

Aşkar edilmiş nöqsanlarla bağlı satış obyektlərinin rəhbərləri məlumatlandırılıb, onlara qanunvericiliyin tələbləri izah edilib.