Xaçmazda 17 noyabr – Milli dirçəliş günü münasibətilə tədbir baş tutub. Bu barədə 17 noyabr tarixində ShimalNews “Xaçmaz Regional Mədəniyyət İdarəsi”nin rəsmi Facebook səhifəsinə istinadən məlumat verir.

Xaçmaz rayon MKS-nin Qalağan kənd kitabxana filialında “Müstəqilliyə gedən yol” mövzusunda dəyirmi masa keçirilib. Həmkarlar çıxışlarında təbii sərvətləri ilə zəngin olan Azərbaycanın tarix boyu yadellilər tərəfindən hərbi təcavüzə məruz qaldığını bildirilib. Bununla 17 noyabr tarixi xalqın milli-azadlıq hərəkatının başlanğıc günü kimi qeyd olunmağa başladı.

Tədbirin sonunda kitabxananın fəal oxucuları müstəqillik, vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.