Xaçmazda DİM məşğələlər keçirib

17 Noyabr 2021, 13:24

Foto açıq məmbələrdən

Növbəti mərhələdə kalibrləmə aparılacaq

Xaçmazda Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən məşğələlər keçirilib. Bu barədə ShimalNews 17 noyabr tarixində Azərtac-a istinadən məlumat verir.

Zoom platforması üzərində buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların yoxlanılmasına dair hazırlıq kurslarının kimya, biologiya, fizika, tarix, coğrafiya, rus dili və ingilis dili fənləri üzrə məşğələlər keçirilib.

Burada DİM-də elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji profilli fakültələrinin sonuncu kurs tələbələri və magistrantlar iştirak ediblər. Onların hazırladıqları ev tapşırıqları ilə bağlı müzakirələr aparılıb.

Növbəti mərhələdə kurs iştirakçıları xüsusi proqram təminatı ilə cavabı yazılı ifadə olunan tapşırıqların yoxlanılması prosesindən (kalibrləmə) keçəcəklər. Bütün mərhələni uğurla başa vuranlara sertifikatlar veriləcək. Onların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək və gələcəkdə DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.