Xaçmaz rayonunda kəskin külək fəsadlar törədib. Bu barədə 17 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Üçgünqışlaq kəndində elektrik transformatoru qısa qapanma nəticəsində sıradan çıxıb. Hadisə güclü külək səbəbindən axşam saatlarında baş verib.

Əldə etdiyimiz məlumata görə, artıq təmir işləri aparılır. İşığın bərpa olunması 1-2 gün ərzində planlaşdırılır.

Sakinlərin sözlərinə görə, əhalinin yarısı işıqsız qalıb. İstilik kombi sistemi üzərində qurulduğundan, evləri isidmək mümkün deyil. Onlar ümid edirlər ki, ilin soyuq ərəfəsində bu hal çox çəkməz.