Xaçmaz şəhər Uşaq-İncəsənət məktəbi tədbir keçirib. Bu barədə 17 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

17 noyabr – Milli dirçəliş günü münasibəti ilə incəsənət məktəbinin şagirdləri Heydər Əliyev mərkəzində çıxış ediblər. Onlar mahnı, şeir, rəqs ifa ediblər. Daha sonra səhnəciklər qurulub. Həmçinin, istedadlı gənclərin rəsm əsərləri sərgilənib.

Burada mədəniyyət idarəsi, kitabxana, televiziya, təhsil şöbəsinin rəhbər şəxsləri və digər qurumlardan nümayəndələr tamaşaçı qismində iştirak ediblər.

Photo Shimal.News
Photo Shimal.News