Xaçmazda İcra Hakimiyyətinin başçısı növbəti dəfə sakinlərlə görüş keçirib. Bu barədə ShimalNews 17 noyabr tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin rəsmi səhifəsinə istinadən məlumat verir.
Videoformatda keçirilən görüşdə Elnur Rzayev fərdi qaydada sakinləri narahat edən məsələləri dinləyib. Müraciətlər işlə təmin olunma, pensiya və sosial yardımın təyinatı, daxili yolların təmiri, fərdi yaşayış evlərinin qazla təchizatı, torpaq sahəsinin ayrılması, eləcədə digər sahələri əhatə edib. Onların bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.
Burada Rzayev məsul şəxslərlə birgə müzakirələr aparıb və sözügedən məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.