Xaçmazda yolların təmir-bərpa işləri aparılır. Bu barədə 17 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Şəhərin Üzeyir Hacıbəyov, Kamil Novruzov, Mehdi Hüseynzadə və Cəlil Məmmədquluzadə küçələrində asfalt bərpa olunur. Yolun hərəkət hissəsində çalalar doldurulur. Əraziyə xüsusi texnika və işçi güvvəsi cəlb olunub.
ShimalNews öncə, adı çəkilən küçələrin çox istifadə olunduğu və burada çuxurların olması haqqında məlumat vermişdi.