Qubanın kəndi tərk edilir

17 Noyabr 2021, 18:00

Foto açıq məmbələrdən

Qubada tərk olunan kəndlərin sayı artır. Bu barədə ShimalNews 10 noyabr tarixində “Baku TV”-yə istinadən məlumat verir.

Aydınkəndin sakinləri bildiriblər ki, kənd tarixə qovuşa bilər. Burada məktəbin olmaması səbəbdən, gənc ailələr köçməli olub. Əvvəllər coşub-çağlayan yaşayış məntəqəsində bu gün 1 dənə də olsun uşağa rast gəlmək mümkün deyil. Məsələn əvvələr qonşuluqda Qarabulağ adlı kənd olub. Artıq onun adı sadəcə dillərdə qalıb.

Aydınkənddə 80-90 il öncə süd emalı məntəqəsi olub. Bura bir neçə kilometr uzunluğunda yeraltı saxsı borular vasitəsilə süd kəməri çəkilmişdir. Vaxt olub ki, burada 4-5 ton pendir istehsal olunub. Lakin süd məntəqəsi çoxdan fəaliyat göstərmir və uçub-dağılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.