Qubada “17 noyabr-Milli Dirçəliş Günü” ilə bağlı tədbir keçirilib. Bu barədə ShimalNews 17 noyabr tarixində Quba Rayon Təhsil Şöbəsinin rəsmi saytına istinadən məlumat verir.

Şəhər 7 saylı tam orta məktəbdə Azərbaycanın müstəqilliyinin bərpası haqqında nitq söylənib. Müstəqillik mübarizəsində atılan addımlar haqqında danışılıb. Sonda şagirdlər mətnlər və şeirlər oxuyublar, rəqslər ifa ediblər.

Daha öncə, Xaçmazda “Milli dirçəliş günü” münasibətilə keçirilən tədbir haqqında məlumat vermişdik.