Quba məhsulları 25-ci Beynəlxalq Biznes Forumunda sərgilənib

17 Noyabr 2021, 12:05

Foto Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının facebook səhifəsindən

Forum KOBİA-nin təşkilatçılığı ilə baş tutub

Quba məhsullarından ibarət stend 25-ci Beynəlxalq Biznes Forumunda (IBF) sərgilənib. Bu barədə ShimalNews 17 noyabr tarixində trend.az-a istinadən məlumat verir.

Burada iştirak edən xarici ölkələrdən gəlmiş sahibkarlara Qubada istehsal olunan məhsullar haqda məlumat verilib. Həmçinin, Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İdarə Heyətinin sədri Mahmut Asmalı stend ilə tanış olub.

Daha sonra rayonun inkişafı ilə tanış omaq məqsədi ilə bir qrup iş adamı Qubaya səfər ediblər.

Bakıda keçirilən forum Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və MÜSİAD-nin birgə təşkilatçılığı ilə baş tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.