Qubanın şəhidi var. Bu barədə 17 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Sabah Davidoba kəndinə gizir Orxan Cabbarovun nəşi gətiriləcək. O, dünən Kəlbəcər istiqamətində gedən savaşda şəhid olub.

Gizir Cabbarov Vətən müharibəsi iştirakçısı olub. O, 2-ci Qarabağ müharibəsində göstərdiyi sücaətə görə medallarla təltif olunmuşdur.

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, noyabrın 16-da dövlət sərhədində Ermənistan təxribat törədib. Nəticədə baş verən döyüş əməliyyatları zamanı 7 hərbiçimiz dünyasını dəyişib.

Allah şəhidlərimizə rəhmət eləsin.