Xaçmazda müəsissələr fındığı aşağı qiymətə alırlar. Bu barədə 16 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Bu gün fındıq qəbulu məntəqələrində məhsulun 1 kiloqramı üçün qiymət 4,50 manatdan 3,80-4 manatadək düşüb. Buna səbəb növbəti alıcı olan böyük sexlərin alışı dayandırması olub.

Araşdırma nəticəsində məlum olub ki, xarici ölkələrdə tələbat aşağı düşüb. Bu hal daxili bazar qiymətlərinə birbaşa təsir göstərib.

Daha öncə, Qubada fındıq emalı müəssisələri məhsul alarkən sənəd tələb etmələri haqqında məlumat vermişdik.