Xaçmazda regional mədəniyyət idarəsinin əməkdaşı yubileyində fərmanla təltif edilib. Bu barədə 16 noyabr tarixində ShimalNews “Xaçmaz Regional Mədəniyyət İdarəsi”nin (XRMİ) rəsmi Facebook səhifəsinə istinadən məlumat verir.
XRMİ-nin məsləhətçisi vəzifəsində uzun illər çalışmış Söhrab Əmrahovun 65 yaşı tamam olub. Ona uzunmüddətli səmərəli fəaliyyəti və yubileyi münasibətilə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Həmçinin, mədəniyyət idarəsinin kollektivi Söhrab Əmrahovun böyük hörmət qazandığını bildiriblər və onu təbrik ediblər.