Xaçmaz: “ARB Günəş” yeni sosial layihəyə start verib

16 Noyabr 2021, 16:52

Foto azərtac

Sosial layihə həssas təbəqəyə aid uşaqlara həsr olunacaq

Xaçmazda yerləşən “ARB Günəş” ilk uşaq televiziya kanalı yeni sosial layihəyə start verib. Bu barədə ShimalNews 16 noyabr tarixində Azərtac-a istinadən məlumat verir.

“Gözləri ilə danışan mələklər” adlı layihədə jest dilindən istifadə olunması planlaşdırılır. Onun məqsədi, eşitmə və nitq qüsurlu uşaqların cəmiyyətə inteqrasiyasında köməklik göstərməkdir.

Bu səbəbdən sosial klipin çəkilişlərinə başlanılıb. Burada qüsurlu uşaqların, eləcə də, onların mənsub olduğu ailə üzvlərinin aldığı psixoloji və mənəvi zərbələrin ağırlığından bəhs edir. Çəkilişlərin bir hissəsi “Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 2 saylı Xüsusi internat məktəbi”ndə aparılır. Klipdə xalq artisti Gülyanaq Məmmədova mahnı ifa edir. Onun sözlərini övladı eşitmə və nitq qüsurlu olan valideyn Esmira Etibarqızı yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.