Qusar rayonunun bəzi ərazilərində qaz təminatında fasilə yaranmışdır. Bu barədə ShimalNews 16 noyabr tarixində “Xaçmaz Regional Qaz Istismarı Idarəsi”nin rəsmi facebook səhifəsinə istinadən məlumat verir.

Qusarın Qayakənd istiqamətində istismarda olan qaz xətti zədələnib. Buna səbəb ekskavator tərəfindən qazıntı işlərinin aparılması olub. Nəticədə şəhərin bir hissəsi və bir kənd olmaqla, 1500 abonentin qaz təchizatı dayandırılmışdır.

Qəza fəsadları aradan qaldırılıb.