O, 2-ci Nügədi kəndində anadan olmuşdur
Qubalı tanınmış aktyor vəfat edib. Bu barədə ShimalNews 16 noyabr tarixində Reporta-a istinadən məlumat verir.
Bu gün 86 yaşlı Məcnun Hacıbəyov dünyasını dəyişib. Tanınmış aktyor doğulduğu 2-ci Nügədi kəndində torpağa tapşırılacaq.
Mərhum 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsini bitirib. O, “Canavar balası”, “Evlənmək istəyirəm”, “Gənclik Macərası”, “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Kişilər”, “Qatarda”, “Qəzəlxan”, “Yarımştat” kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.