Qubalı məktəblilər xalça muzeyində olublar. Bu barədə ShimalNews 16 noyabr tarixində Quba Rayon Təhsil Şöbəsinin rəsmi facebook səhifəsinə istinadən məlumat verir.

Şəhər 1 saylı tam orta məktəbin müəllim və şagird kollektivi “Qədim Quba” xalça muzeyinə ekskursiya təşkil ediblər. Tədbir 15 noyabrda “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində baş tutub.

Qubanın xalçaçılığı özündə 35-ə yaxın ornament kompozisiyalı xalçanı birləşdirir. Bu xalçaların medalyonlu çeşni üslubu da geniş yayılıb. Onların “Qədim minarə”, “Qımıl”, “Alpan”, “Qollu çiçi”, “Pirəbədil”, “Hacıqayıb”, “Qırız”, “Cek” kimi parlaq kompozisiyaları mövcuddur.