Tədbir “Nizami Gəncəvi ili”nə həsr olunub
Qubada “Nizami Gəncəvi ili”nə həsr olunan tədbir baş tutub. Bu barədə ShimalNews 16 noyabr tarixində TehsilForumu.az-a istinadən məlumat verir.
Bu gün “Soyqırımı Memorial Kompleksi”ndə ilk onlayn elmi seminar keçirilib. Mövzu “Dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi ərəb və farsdilli mənbələrdə” olub.
Seminarda Kompleksin əməkdaşları dos.t.ü.f.d Sübhan Talıblı, Mehriban Əliyeva və Seyid Cabbarov məruzə ilə çıxış ediblər. Həmçinin burada “Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti”nə daxil olan “Tarix və Mədəniyyət Qoruqlarının və Kompleks”in ümumilikdə 50-dək elmi işçisi iştirak etmişdir.