Qubanın məktəbliləri bu gündən eksternat imtahanlar üçün sənəd verə bilərlər. Bu barədə ShimalNews 16 noyabr tarixində Quba Rayon Təhsil Şöbəsinin rəsmi facebook səhifəsinə istinadən məlumat verir.
Eksternat qaydasında keçiriləcək imtahanlar üçün sənəd qəbulu 16.11-15.12.2021-ci il tarixlərində aparılacaq.
Cari tədris ilində ümumi orta (9) və tam orta (11) məktəb şagirdlərinin sənədlərinin qəbulunu Quba Rayon Təhsil Şöbəsi tərəfindən təşkil olunan komissiya həyata keçirəcəkdir.
Ümumtəhsil məktəblərdə təhsil almanın 4 forması var: əyani, qiyabi, distant və eksternat. Sərbəst təhsilalma forması (eksternat) əsasında müstəqil hazırlaşıb, orta ümumtəhsil məktəblərində dərsdə iştirak etməyən şəxslər bu prosesə cəlb olunur.