Quba məktəbində “Narkomaniyaya son deyək” adlı tədbir keçirilib. Bu barədə ShimalNews 16 noyabr tarixində Elşad Bayramov adına Alpan kənd orta məktəbinin facebook səhifəsinə istinadən məlumat verir.

Bu gün Alpan kənd orta məktəbində “Ağ ölüm”lə bağlı geniş məlumat verilib. Şagirdlərin hazırladıqları maarifləndirmə tabloları nümayiş etdirilib.

Narkomanlıq – xroniki intoksikasiya doğuran, narkotik və psixotrop maddələrin istifadəsi nəticəsində yaranan, psixi və fiziki asılılıqla müşayiət olunan xəstəlikdir.