Xaçmaz rayonunda YPX-nin avtomobili qəzaya düşüb. Bu barədə 15 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Xudat şəhərində “VAZ 2106” və YPX-nin avtomobilləri toqquşub. Nəticədə hər 2 nəqliyyat vasitəsində xəsarət alan olub. Hadisə axşam saat 18:00 radələrində, “Qayalı” marketin yaxınlığında baş verib.
Daha öncə, Xaçmazda yük maşını və “VAZ” markalı minik avtomobilinin toqquşması haqqında məlumat vermişdik.