Xaçmaz Regional Mədəniyyət İdarəsinin əməkdaşları şəhid Fərid Seyfullayevin ildönümü ilə əlaqədar tədbirdə işirak ediblər. Bu barədə 15 noyabr tarixində məlum olub.
Hacıqurbanoba kənd kitabxana filialının işçiləri şəhidin məzarını ziyarət ediblər. Qəhraman qəbrinin üzərinə güllər qoyulub. Daha sonra ailəsinə baş çekilərək xatirəsi anılıb.
Fərid Xaçmaz şəhərində anadan olub, Hacıqurbanoba kəndində yaşayıb. Vətən müharibəsində onun döyüş yolu Füzulidən Şuşayadək davam edib. “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.