Forum Bakıda keçirilir
Xaçmaz məhsullarından ibarət stend 25-ci Beynəlxalq Biznes Forumunda (IBF) sərgilənib. Bu barədə ShimalNews 15 noyabr tarixində trend.az-a istinadən məlumat verir.
Stenddə Xaçmazda istehsal olunan kənd təsərrüfatı məhsulları, fındıq, müxtəlif növ meyvələr, toxuculuq məhsulları, həmçinin “Qafqaz” Konserv Zavodunun malları sərgilənib. Bakıda keçirilən ikigünlük forumda xarici ölkələrdən gəlmiş sahibkarlar həmin məhsullarla tanış olublar.
Burada müxtəlif ölkələrdən 550-yə qədər iş adamı və dövlət xadimləri iştirak ediblər.
Tədbir Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə baş tutub.