Xaçmazda iki baş iribuynuzlu heyvan su kanalına düşüb. Bu barədə ShimalNews 15 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi səhifəsinə istinadən məlumat verir.

Hadisə Arzu kəndində baş verib. Çağırış ünvanına cəlb olunan FHN-nin əməkdaşları tərəfindən heyvanlar kanaldan çıxarılıb və sahibinə təhvil verilib.