Xaçmaz: bir neçə oğurluq edən şəxslər tutulublar

15 Noyabr 2021, 15:05

depositphoto

Hadisə Qusarçay kəndində baş verib

Xaçmazda bir neçə oğurluq edən şəxslər saxlanılıb. Bu barədə ShimalNews 15 noyabr tarixində Azərtac-a istinadən məlumat verir.

Hadisə Qusarçay kəndindəki evlərdə baş verib. Polis əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində oğurluq edən V.Mirzəbabayev tutulub. O, 800 manat dəyərində televizor, həmçinin İ.Kərimovla birgə bir evdən 900 manat dəyərində 5 kisə fındıq, bir həyətdən 200 kiloqram fındıq, digər həyətdən isə 2640 manat dəyərində 22 kisə fındıq oğurlamaları da müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.