Xaçmazda çox istifadə olunan yolda təmir-bərpa işləri davam edir. Bu barədə 15 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

20 yanvar küçəsilə Atatürk prospektinin kəsişməsində (bazar yolu) asfalt qatı təmir olunub. Köhnə qat qaldırılaraq yeni parça ilə əvəz edilib.

ShimalNews öncə, yolun bu hissəsinin təmirə ehtiyyacı olması haqqında məlumat vermişdir. Sakinlərin sözlərinə görə, məsələ həllini tapdı. Çalalara asfalt dolduruldu. Lakin yağan yağışlar burada yolu sıradan çıxarmağa başladı. Bu səbəbdən daha dərin təmir işlərinə ehtiyac var idi.