Qubalı taekvondoçu Avropa birinciliyi çempionatının qalibi oldu

15 Noyabr 2021, 10:31

Foto Azerbaijan Taekwondo Federation facebook səhifəsindən

Yarış Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda baş tutub

Qubalı idmançı taekvondo üzrə Avropa birinciliyi çempionatında qalıb gəlib. Bu barədə ShimalNews 15 noyabr tarixində Apa-ya istinadən məlumat verir.

Yarış Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilib. 51 kq çəki dərəcəsində çıxış edən taekvondoçu Səyyad Dadaşov fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala sahib olub.

Qey edək ki, noyabrın 15-dək davam edəcək birinciliyə millimiz 15 idmançı ilə yollanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.