Bu gün Qubada şəhidinin xatirəsinə həsr olunmuş abidə-bulağın açılışı keçirilib. Bu barədə 15 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Şəhid Murad Həbibovun adını daşıyan bulaq Heydər Əliyev prospektində (hava idarəsinin yaxınlığında, Sum 30 adlanan ərazidə) yerləşir. Açılış mərasimi saat 11:00-da baş tutub. Burada rayon İcra Hakimiyyəti və hüquq mühafizə orqanlarının nümayəndələri, qazilər, şəhid ailələri iştirak ediblər.

Həbibov Ağdarənin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhramancasına döyüşərək şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra o, “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.