Qubada yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 15 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Hadisə saat 12:40 radələrində Heydər Əliyev prospektində Qafqaz oil yanacaq doldurma məntəqəsi tərəfdə qeydə alınıb. “Mercedes” və “VAZ-2109” markalı minik avtomobilləri toqquşub. Nəticədə “09” idarəetməni itirərək yolun kənarındakı səkiyə çırpılıb.

Qəza zamanı xəsarət alan olmayıb.

Əraziyə yol polis əməkdaşları cəlb olunub.