Qubada alma yığımı yekunlaşıb. Bu barədə ShimalNews 15 noyabr tarixində məlumat verir.
Fermerlər bildiriblər ki, bu il tədarük tez sona çatıb. Buna səbəb havaların tez soyuması olub. Əldə olunan son bəhər soyuducu anbarlarda yanvar-fevral aylarına kimi saxlanılacaq. Beləliklə, daha yüksək gəlir əldə etmək mümkün olacaq.
Həmçinin fermerlər ilin ağır keçdiyini vurğulayıblar. Quraqlıq, zərərvericilər və yağış birbaşa məhsuldarlıqa təsir edib. Məhsul az olub.
Qubanın alma bağından çıxan son almanın videosunu izləyicilərimizə təqdim edirik.