Qubada kəşfiyyatçı şəhidin il mərasi keçirilib. Bu barədə ShimalNews 15 noyabr tarixində Quba rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsinə istinadən məlumat verir.

Tədbir Əlibəyqışlaq kəndində baş tutub. Vətən Müharibəsi şəhidi, baş leytenant Ruslan Bayramovun il dönümü qeyd olunub. Burada dövlət qurumlarının nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Ruslan 5 oktyabr 1995-ci ildə Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseyini və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. O, kəşfiyyatçı olaraq Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılmışdır. Şuşanın alınması uğrunda döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.