169 şagird iştirak edib
Qubalı şagirdlər beynəlxalq müsabiqədə iştirak ediblər. Bu barədə ShimalNews 15 noyabr tarixində Quba Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Lalə Məmmədovanın facebook səhifəsinə istinadən məlumat verir.
“Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi”ndə noyabr 14-ü Quba rayonu üzrə 2 mərkəzdə ümumilikdə 169 şagird iştirak edib. Tədbir Azərbaycan, rus və ingilis dillərində 90 dəqiqə davam edib.
Qaliblər diplom və medal ilə təltif olunacaq. Digər şagirdlərə iştirakçı sertifikatı təqdim olunacaq.
Bu müsabiqə hər il Fransada yerləşən “Sərhədsiz Kenquru Assosiasiyası”nın təstiqi ilə 80-dən çox ölkədə keçirilir. Onun məqsədi ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır.