Xudat: koronavirus xəstəsi evini tərk edib

13 Noyabr 2021, 17:47

Envato

Polis qanunu pozan şəxsi saxlayıb

Xaçmaz rayonunda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb. Bu barədə ShimalNews 13 noyabr tarixində Reporta-a istinadən məlumat verir.

DİN-in mətbuat xidmətinin verdiyi məlumata görə, Xudat şəhər sakini Elşən Alimovun yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. Polis əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı ünvana geri qaytarıb.

Faktla bağlı Xudat PB-də araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.