Xaçmaz rayon sakinləri qanunsuz balıq ovladıqlarına görə saxlanılıblar. Bu barədə ShimalNews 13 noyabr tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğunun səhifəsinə istinadən məlumat verir.

Dövlət Sərhəd Xidmətinin sahil nəzarəti bölmələri tərəfindən Xəzər dənizində yoxlama aparılıb. Nəticədə 4 nəfər saxlanılıb.

Ölkə üzrə aparılan tədbirlər nəticəsində qanunsuz balıq ovunda ifşa olunan 20 nəfər saxlanılıb. Ümumilikdə çəkisi 114 kq 630 qram olan nərə cinsli balıq növlərinin qanunsuz ovlanması, həmçinin 7 halda 7096 ədəd qadağan edilmiş balıqovlama aləti olan qarmaq aşkar edilmişdir.