Xaçmazda saat 12:45-də yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 13 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Məmmədəmin Rəsulzadə küçəsində “Saipa” və “Lada” markalı minik avtomobilləri toqquşub. Nəticədə nəqliyyat vasitələrinə zərər dəyib. Xəsarət alan olmayıb.

Daha öncə, Qubada piyada yol-nəqliyyat hadisəsinin səbəbkarı olduğu haqda məlumat vermişdik.