Xaçmaz: Şəxsiyyətlər parkında oğurluq hadisəsi baş verib

13 Noyabr 2021, 15:50

Depositphotos

Xaçmazda parkdan oğurluq edən şəxs saxlanılıb. Bu barədə ShimalNews 13 noyabr tarixində Apa-ya istinadən məlumat verir.

Polisə Şəxsiyyətlər parkındakı 3 fontandan 140 metr elektrik naqilinin oğurlanması barədə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Xaçmaz şəhər sakini M. Musayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.