Xaçmaz: Axıska türklərinin sürgün olunmasına həsr olunmuş tədbir baş tutub

13 Noyabr 2021, 16:15

Foto azərtac

Tədbir Heydər Əliyev Mərkəzində baş tutub

Xaçmazda Axıska türklərinin sürgün olunmasına həsr olunmuş tədbir keçirilib. Bu barədə ShimalNews 13 noyabr tarixində Azərtac-a istinadən məlumat verir.

77-ci ildönümünə aid tədbir Heydər Əliyev Mərkəzində baş tutub. İştirakçılar ilk olaraq Axıska türkü olan xaçmazlı rəssam Canpolad Qəhrəmanovun əsərlərindən ibarət sərgi ilə tanış olublar. Burada 20-yə yaxın əsər nümayiş etdirilib.

Sonra Axıska türklərinin sürgün edilməsinə aid videoçarx nümayiş olunub.

Azərbaycanda yaşayan Axıska Türkləri Vətən İctimai Birliyinin sədri İsmayıl Rəhimov çıxışında sürgün tarixi haqqında danışıb. O, qeyd edib ki, Axıska türklərinin bir qismi keçən əsrin 50-ci illərinin ortalarında Azərbaycanda məskunlaşıb. Rəhimov bildirib ki, Birinci Qarabağ savaşında 83, 44 günlük Vətən müharibəsində isə 9 nəfər Axıska türkü şəhidlik zirvəsinə ucalıb.

Çıxış edənlər həmçinin, etno-mədəni dəyərləri, məişəti, folkloru, adət-ənənələri haqqında məlumat veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.