Qubada uşaqlara aid müəssisənin qarşısında antisanitariya aradan qaldırılıb. Bu barədə 13 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Timiryazev qəsəbəsi uşaq bağçasının önündə su xətti təmir olunub. Fəsadlar aradan qaldırılıb və yola çınqıl örtüyü salınacaq.

ShimalNews öncə, burada çirkab və içməli suların qarışması xoşagəlməz mənzərə yaratdığı haqda məlumat vermişdir. Həmçinin, foto və video oxuculara təqdim olunmuşdur.