Qusarda Vətən müharibəsinin qaziləri ilə görüş keçirilib. Bu barədə ShimalNews 13 noyabr tarixində Qusar Rayon İcra Hakimiyyətinin rəsmi səhifəsinə istinadən məlumat verir.
Tədbir İcra Hakimiyyətinin təşəbbüsü ilə Heydər Əliyev mərkəzində baş tutub. Görüşdə İcra Hakimiyyətinin başçısı Şair Alxasov, hüquq mühafizə orqanları rəhbərləri, müəssisə, təşkilat rəhbərləri və Qusardan olan qazilər iştirak ediblər.
Alxasov çıxışında müharibədə iştirak etmiş və öz sağlamlıqlarını itirmiş qazilərə minnətdarlığını bildirib. Burada qaziləri narahat edən problemlərin həlli üçün idarə və müəssisə rəhbərlərinə göstərişlər verilib, bəzi məsələrin icrası nəzarətə götürülüb.