Qusarın Xuray kəndi

13 Noyabr 2021, 12:35

Photo Shimal.News

Xuray kəndinin əhalisi təxminən 500 il əvvəl buraya köçmüşdür

Qədim dövrlərdə “Çıraqlar”, “Maralyurd” yurd yerlərində məskən salmış yerli əhali, təxminən 500 il əvvəl Xuray kəndinə köçmüşdür.

Kəndin qədimliyini dörd tərəfdən əhatə edən köhnə qəbiristanlıqlar sübut edir. Bu ərazidə aşkar olunan məişət qabları, bəzək əşyalarının qalıqları, saxsı su borularının hissələri buranın qədimdən yaşayış yeri olduğunu хəbər verir. Lakin təbii fəlakətlər və düşmən hücumları səbəbindən, xuraylılar qədim məskənlərini yeni yurd yeri ilə əvəz etmişdilər.

“Xuray” sözünün etimologiyasını yerli əhali müxtəlif variantlarda izah edir. Ehtimal edilir ki, kəndin ilkin adı “Xur” olub, lakin fonetik dəyişikliklər nəticəsində indiki şəklini alıb. Çoxları onu “xьурай” ləzgi dilindən “olsun” sözü kimi tərcümə edir. Bəziləri isə, kəndin adının ləzgicə “xyp” – “yamac” sözündən yarandığına israr edirlər.

Əslən Qubadan olan tarixçi Mixail İxilov “Ləzgi qrupu xalqları” adlı kitabında olan məlumata görə, 1886-cı ildə Xuray kəndində əhalinin əksəriyyətini ləzgilər təşkil edirdi.

1915-ci ildə olan “Qafqaz təqvimi”-ndə əhalinin siyahıyaalınması məlumatına əsasən, Xuray kəndində 640 nəfər yaşayırdı. Nazim Tapdıqoğlunun “Qusar ensiklopediyası” kitabında 2018-ci ilin məlumatına görə, kənd əhalisinin sayı 790 təşkil edirdi.

Mənbələr:

  1. Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.
  2. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007.
  3. Nazim Tapdıqoğlu (Vəlişov). Qusar ensiklopediyası. Bakı-2018.
  4. Михаил Мататович Ихилов. Народности лезгинской группы. Махачкала-1967.
  5. Кавказский календарь на 1915 год. Тифлис-1914.
  6. Azərbaycan Sovet Ensiklopediyası. X cild. Bakı-1987.
  7. Azərbaycan Milli ensiklopediyası. Bakı-2007.
  8. https://apa.az/az/xeber/sosial-xeberler/-74100
  9. https://azertag.az/xeber/Tutek_sesi_filminin_chekildiyi_Sahdagin_eteyindeki_Xuray_kendinden_REPORTAJ_VIDEO-1385826
  10. https://shimal.arbtv.az/az/news/858

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.