Quba rayonunda qanunsuz yolla əldə edilmiş meşə materialları aşkar olunub. Bu barədə ShimalNews 13 noyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.

Dövlət ekoloji təhlükəsizlik xidməti nəzarət tədbirləri keçirib. Sakinlərin həyətyanı sahələrindəki ağac emalı sexlərində qanunsuz yolla əldə edilmiş işlik meşə materialı müəyyən olunub.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, hazırda işlər üzrə araşdırma davam edir.

Daha öncə, Quba rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə ağacəkmə kampaniyası haqqında məlumat vermişdik.