Qubada Vətən Müharibəsi şəhidlərinin il mərasimləri keçirilib. Bu barədə ShimalNews 13 noyabr tarixində Quba rayon İcra Hakimiyyəti rəsmi Facebook səhifəsinə istinadən məlumat verir.
Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri şəhid Afər Orucov, Cəlil Məmmədov, Rəvan Əhmədov və Seymur Qocayevin məzarlarını ziyarət ediblər. Daha sonra, yas mərasiminə qatılıblar.
Bundan əvvəl, Qubada daxili qoşunların çavuşu Orxan Ömərovun il mərasimi barəsində məlumat vermişdik.